Sızanaqlarla mübarizədə adətən dərinin təmizliyi və qidalanmaya fikir veririk.
E-saglam.az xəbər verir ki, amma dermatoloqlar bildirir ki, evdə gündəlik istifadə etdiyimiz bəzi əşyalar da sızanaq yarada bilər.
1. Yastıq üzlükləri
Zamanla yağ, toz və ölü dəri yastıq üzərində toplanır. Bu da bakteriyaların çoxalmasına və sızanaqlara səbəb ola bilər. Həftədə bir dəfə üzlükləri dəyişmək tövsiyə olunur.
2. Divan yastıqları
Divan yastıqları da tez-tez üzümüzlə təmasda olur. Kirli olduqda dəridə sızanaq yarada bilər. Bu yastıqların üzlüklərini də vaxtaşırı yumaq vacibdir.
3. Hamam və mətbəx dəsmalları
Nəmişlik və bakteriyalar dəsmallarda tez yığılır. Təmiz olsalar da, dəsmalı üzə sürtmək sızanaq riskini artırır. Dəsmalları tez-tez yumaq və yaxşı qurumasına şərait yaratmaq lazımdır.
4. Hava təravətləndiriciləri və şamlar
Bəzi ətirli məhsullar dəridə allergiya və iltihab yarada bilər. Bu da sızanaqlara səbəb ola bilər. Təbii ətirli məhsullardan istifadə etmək tövsiyə olunur.
5. Paltaryuyan tozları və mayeləri
Geyimlərdə qalan yuyucu vasitə qalığı dərini qıcıqlandıra bilər. Hipoalergen, ətirsiz yuyucu vasitələr seçmək daha təhlükəsizdir.
6. İdman avadanlığı
Zalda istifadə olunan avadanlıqlarda çoxlu bakteriya ola bilər. İdman etməzdən əvvəl avadanlıqları təmizləmək və şəxsi avadanlıqdan istifadə etmək faydalıdır.
7. Ev heyvanlarının tükləri
Heyvan tükü birbaşa sızanaq yaratmasa da, toz və bakteriya daşıya bilər. Heyvanlar olan evlərdə tez-tez tozsoran çəkmək tövsiyə olunur.
8. Ofis əşyaları
Klaviatura, siçan, qələm və telefon kimi əşyalar çirkli olduqda barmaqlardan üzə bakteriya keçə bilər. Bu səthləri müntəzəm təmizləmək və üzə toxunmamaq vacibdir.
9. Makiyaj fırçaları
Çirkli fırçalar məsamələri tıxayır və bakteriya yayır. Fırçaları müntəzəm yumaq və paylaşmamaq dəri üçün faydalıdır.
10. Telefonlar
Telefonlar dəridə yağ və bakteriya yığır. Uzun müddət qulaqda saxladıqda isə istilik artaraq sızanağa səbəb ola bilər. Telefonun ekranını tez-tez təmizləmək lazımdır.
Tərcümə: Könül Oruc