Bədənin hər hansı bir yerində sızanaqların görünüşü xoşagəlməzdir.
E-saglam.az xəbər verir ki, dermatoloq Lucy Glancy omba kimi zərif nahiyədə sızanaqların yaranmasının səbəblərini açıqlayıb.
Birincisi, səpgilər yanlış alt paltarı seçimi səbəbiylə görünə bilər. Neylon alt paltarı yox, nəfəs ala bilən pambıq seçmək daha yaxşıdır. Geyim nəfəs almalı və dərini qıcıqlandırmamalıdır.
İkincisi, ombadakı sızanaqların səbəbi düzgün dəriyə qulluq edilməməsi ola bilər. Mütəxəssis həftədə bir və ya iki dəfə ətirsiz təmizləyicilərdən və aşındırıcı və nəmləndirici dəri məhsullarından istifadə etməyi məsləhət görür.
Omba bölgəsində sızanaqların ən çox görülən səbəblərindən biri tıxanmış saç kökləridir . Adətən bir neçə gün ərzində yox olurlar. Belə sızanaqlar sıxılmamalıdır, onları salisilik turşu ilə müalicə etmək daha yaxşıdır. Ağrı varsa, isti bir kompres tətbiq edə bilərsiniz.
Nəhayət, omba nahiyələrində sızanaqların yaranmasının başqa bir səbəbi idmanla bağlı həddindən artıq tərləmə, dar cins şalvar və nəfəs ala bilməyən idman geyimləridir. Tərlə bağlı səpgilərin qarşısını almaq üçün hər idman zalı məşqindən sonra qamaşlarınızı, şortlarınızı və ya şalvarlarınızı mütləq yuyun.
Tərcümə: Könül Oruc