Yandex watch
Dermatoloq körpə kimi cildin sirrini verdi –

Dərinin mövsümi dəyişikliklər zamanı xüsusi qulluğa ehtiyacı var.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssis Leyla Cesaret Ergül bildirib ki, soyuq hava dərini qurudur və çatlamalara səbəb olur. Ona görə də düzgün təmizləmə və nəmləndirmə vacibdir.

Xüsusilə quru dərilər nəm dəstəyinə, yağlı dərilər isə məsamələri açıq saxlamaq üçün su əsaslı məhsullara ehtiyac duyur. Dərinin sağlamlığı yalnız xarici qulluqla deyil, həm də düzgün qidalanma, su istehlakı və sağlam həyat tərzi ilə qorunur.

Omega-3, Selenium, A, C və E vitaminləri ilə zəngin qidalar dəri üçün faydalıdır. Dəriyə qulluq fərdiləşdirilməli və mövsümə uyğun məhsullar seçilməlidir. Nizamlı yuxu, stressin idarə olunması və idman da sağlam dəri üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az