Sağlamlıq
Dərmansız qan təzyiqini aşağı salan
Sağlamlıq

Dərmansız qan təzyiqini aşağı salan təbii məhsullar

E-saglam.az xəbər verir ki, bu barədə diyetoloq Emili Liminq "Daily Mail"ə danışıb. 

Liminq ilk növbədə kaliumla zəngin banan, çuğundur (pazı), avokado və şirin kartof yeməyi məsləhət görüb: “Kalium qanda natriumun miqdarını azaldır, bu da mayenin həcminin azalmasına səbəb olur və qan damarlarının rahatlamasına şərait yaradır. Bu da təzyiqi azaltmağa kömək edir”.

Diyetoloq qan təzyiqini aşağı salan məhsullar arasında humus, yulaf kəpəyi və tərkibində omeqa-3 çoxlu doymamış yağ turşuları olan yağlı balıqları (skumbriya, qızılbalıq, alabalıq, sardina) da əlavə edib.

Liminqə görə, çuğundur şirəsi qan təzyiqini azaltmaq üçün də faydalıdır.

“Cəmi iki ay ərzində hər gün bu içkidən 250 millilitr içmək qan təzyiqini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Çuğundur şirəsinin müalicəvi təsiri onun tərkibində olan nitratlarla izah olunur ki, bu da qan damarlarını daha yumşaq və çevik edir”, - diyetoloq bildirib.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun