Dərinizin parlaq və canlı olmasını istəyirsinizsə -
Dərinizin parlaq və canlı olmasını istəyirsinizsə -

Dərimizin parlaq və canlı olmasına qəbul etdiyimiz qidalar, yaşadığımız həyat tərzi təsir göstərir.

E-saglam.az dərinizin parlaq və canlı olması üçün 10 tövsiyəni təqdim edir: 

1. Dəridə incə xətlərə, qırışlara və ləkələrə səbəb olan sərbəst radikalları aradan qaldırmaq üçün antioksidant tərkibli tərəvəz və meyvələrdən istifadə edin. Qırmızı, tünd yaşıl və sarı rəngli meyvə və tərəvəzləri seçin.

2. Dərinin qurumasının qarşısını almaq üçün gündə 8-10 stəkan su için və yeməklərinizi əsl zeytun yağı ilə bişirin.

3. Dərinizi canlandıracaq qidalanma proqramınızın bir hissəsi olaraq qaragilə, moruq, böyürtkən, qızılbalıq, yerkökü, nar, portağal və tünd şokolad kimi sərbəst radikallarla mübarizə aparan antioksidantlardan istifadə edin.

4. Günün ən vacib yeməyi olan səhər yeməyini vərdiş edin. Səhər yeməyində xəmir, börək və açma və s. kimi xəmir məhsulları yerinə pendir, zeytun, göyərti, yumurta və pomidor kimi sağlam qidaları seçin.

5. Günəş işığına həddindən artıq məruz qalmaqdan çəkinin və müntəzəm olaraq yüksək qoruyucu günəş kremlərindən istifadə edin.

6. Alkoqol və kofein istehlakını məhdudlaşdırın. Gündə 1-2 stəkan yaşıl çay seçin.

7. Siqaret çəkməyin və siqaret çəkən mühitlərdən uzaq durun.

8. Vitamin və mineral səviyyələrinizi yoxlayın, balanslı və adekvat pəhriz yeyin.

9. Müntəzəm olaraq açıq havada məşq edin, idmanı həyatın bir hissəsinə çevirin.

10. Rahatlamağı və həyatınızdakı streslərlə mübarizə aparmağı öyrənin.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az