
Aloe vera əsrlərdir həm dəriyə, həm də ümumi sağlamlığa faydaları ilə tanınır. Bu bitki tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində dərini təmizləyir, sakitləşdirir və bərpa edir.

E-saglam.az xəbər verir ki, sızanaq kremlərinin əsas maddəsi kimi tanınan aloe vera üzdəki yağ, kir və sızanaqları aradan qaldırmaqda olduqca təsirlidir.
Dəriyə qulluqda təsiri
Aloe vera dəridəki qızartı, yanıq və kiçik zədələri sakitləşdirir. Dərin nəm balansını qoruyur, quruluqdan yaranan qaşınmanı azaldır və erkən qocalma əlamətlərinin qarşısını alır. Gündəlik istifadədə dərini yumşaq, hamar və sağlam göstərir.
Həzm sistemi üçün faydaları
Mədə turşusunu balanslaşdırmaqla yanmanı azaldır, reflü və qəbizlik kimi narahatlıqları yüngülləşdirir. Aloe vera eyni zamanda bağırsaqları təmizləyərək detoks prosesinə dəstək olur.
İltihab və ağrı əleyhinə xüsusiyyətləri
İltihab azaldıcı təsiri ilə revmatizm və oynaq ağrılarını yüngülləşdirə bilər. Həmçinin baş və əzələ ağrılarına qarşı təsirli olması ilə seçilir.
İmmunitet və şəkər balansı
Tərkibindəki maddələr immun sistemini gücləndirərək bədəni infeksiyalardan qoruyur. Araşdırmalara görə, aloe vera həmçinin qan şəkərinin balanslaşdırılmasına kömək edə bilər ki, bu da xüsusilə diabet xəstələri üçün əhəmiyyətlidir.
Ürək və damar sağlamlığı
Pis xolesterini azaldır, qan təzyiqini tarazlayır və damarları gücləndirərək ürək-damar sisteminə dəstək olur.
Saç və baş dərisinə təsiri
Baş dərisində qaşınmanı aradan qaldırır, saç tökülməsini azaldır və saçları gücləndirir. Antiseptik xüsusiyyəti ilə baş dərisindəki mikroblarla da mübarizə aparır.
Qısacası, aloe vera təkcə dəriniz üçün deyil, ümumi sağlamlığınız üçün də təbii bir dəstəkdir. Bir gecədə fərq yaratmaq istəyirsinizsə, bu bitkidən istifadə edə bilərsiniz.
Tərcümə: Könül Oruc