Dünyaya qüsursuz bir dəri ilə gəlirik. Ancaq zamanla ətraf mühit və genetik faktorlara bağlı olaraq dəri keyfiyyətini itirir.
Buna bir də zamanın sürətli irəliləməsini əlavə etsək,dərimiz hər ötən gün ilə gənclik təravətini geridə qoyur.
E-saglam.az dermatoloq dr.Bilqeyis Mustafayevanın dərini gənc və təravətli saxlamaqla bağlı məsləhərlətini təqdim edir:
- Dərinizi nəmləndirin. Dərinizin nəmini qoruyun.
- Günəş qoruyucu kremlərinizi çəkmədən evdən çıxmayın. Günəşdən qoruyucu kremlərlə dərinizi ləkələrdən qoruyun.
- Gündə ən az 2 litr su için.
- Alkoqol və siqaretdən uzaq durun.
- Günlük dəri təmizliyinizə diqqət edin.
- Dərinizi gül suyu, süd kimi təbii toniklərlə də təmizləyə bilərsiniz.
- Kofeinli və qazlı içkilərdən istifadə etməyin.
- Davamlı olaraq dəri baxımınızı elətdirin.
- İldə 1 dəfə dermatoloqunuzdan dərinizlə bağlı məsləhət alın.
Həkim məsləhətinə uyğun olaraq, üzünüzə vitamin inyeksiyaları, hyaluron turşusu inyeksiyası, lazer prosedurları, PRP prosedurlarını dəri quruluşuna,vəziyyətinə görə tətbiq edin./tibb.fed.az/