Gözəllik-dəb
Dərini gözəlləşdirən qidalar
Gözəllik-dəb

Dərini gözəlləşdirən qidalar

1. Kətan toxumu

Kətan toxumunun tərkibi omeqa-3 yağı ilə zəngindir. Hər gün kətan toxumu yemək dərini gəncləşdirir, dəri xəstəliklərini sağaldır və insanı yaşından cavan göstərir.

2. Qırmızı rəngli meyvələr

Dərinizin gənc və təravətli olmasını istəyirsinizsə, o zaman hər gün qırmızı rəngdə olan meyvələrdən yeyin. Ən çox isə yabanı yemişan, çiyələk və böyürtkən yemək dərinin gözəlləşməsinə səbəb olur.

3. Günəbaxan yağı

Günəbaxan yağı E vitamini ilə zəngindir. Orqanizmdə E vitaminin normal miqdarda olması isə dərinin gün şüalarından qorunması deməkdir. Mütəxəssislər yulaf əzməsi ilə günəbaxan yağı qarışımından hazırlanan maskanın üz dərisi üçün faydalı olduğunu qeyd edirlər. Bu maskadan istifadə edərkən isə diqqətli olmaq lazımdır, çünki normadan çox tətbiq edilməsi dərinin yağlanmasına səbəb ola bilər.

4. Şokolad

Şokolad insan dərisi üçün çox faydalıdır. Şokolad nəinki insan orqanizmi üçün faydalı sayılır, o hətta dərinin gözəl görünməsi üçün də lazımlı qidalardan hesab edilir. Keyfiyyətli və normasında qəbul edilən şokolad dəri sızanaqlarının əmələ gəlməsinə səbəb olmur.

5. Şirin kartof

Şirin kartofun tərkibi A və C vitaminləri ilə zəngindir. Onun suyunu dəriyə sürtmək dərinin gözəlləşməsinə səbəb olur.

6. Pomidor

Pomidor öz antioksidant tərkibi ilə dərini gözəlləşdirir.

7. Qatıq

Davamlı olaraq dəriyə yağlı qatıq sürtmək qırışların aradan qalxmasına səbəb olur.

8. Qırmızı bibər

Hər gün bir ədəd qırmızı bibər yemək gündəlik C və B6 vitamininə olan ehtiyacın ödənməsinə səbəb olur.

9. Somon balığı

Bu balıq ətinin tərkibi D vitamini ilə zəngindir. Hər gün bir tikə somon balığı yemək dəri, ürək və beyin üçün çox faydalıdır.

10. İspanaq

İspanağın tərkibi E, A vitaminləri, fol turşusu, maqnezium və s. zəngindir. Bəzi cild problemləri yaşayanlara davamlı olaraq ispanaq yemək məsləhət görülür./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun