
Dəridə qəhvəyi ləkələr günəşə məruz qalma, hormonal dəyişikliklər və yaşlanma səbəbindən yaranır. Melanin piqmentinin nizamsız istehsalı ləkələrin görünməsinə səbəb olur.

E-saglam.az xəbər verir ki, günəş şüaları dərinin melanin istehsalını artıraraq ləkələrin yaranmasını sürətləndirir. Günəşdən qorunmaq üçün SPF tərkibli kremlərdən istifadə etmək vacibdir.
Hormonal dəyişikliklər, xüsusilə hamiləlik və menopoz, melazmaya səbəb ola bilər. Yaş artdıqca dəridə piqment istehsalı pozularaq ləkələr daha qabarıq görünür. Sızanaq çapıqları və genetik faktorlar da qəhvəyi ləkələrin yaranmasına təsir edir.
Lazer müalicələri melanin piqmentini hədəfləyərək ləkələrin açılmasına kömək edir. Mezoterapiya və mikro iynə müalicələri də ləkələrin görünüşünü azalda bilər. Kimyəvi pilinq və radiotezlik üsulları dərini yeniləyərək piqmentasiyanı azaldır.
Dəridə ləkələrin yaranmasının qarşısını almaq üçün günəşdən qorunmaq əsas şərtdir. Müntəzəm dəriyə qulluq və nəmləndirici kremlər ləkələrin qarşısını alır. Vitamin və antioksidantlarla zəngin qidalar dəri sağlamlığını dəstəkləyir. Dəriyə qulluq məhsulları piqment istehsalını tarazlaşdırmağa kömək edir.
Sağlam həyat tərzi və düzgün qulluq dərinin ləkəsiz qalmasını təmin edə bilər.
Tərcümə: Könül Oruc