Gözəllik-dəb
Dəri quruluğunun yaranma SƏBƏBLƏRİ: Necə nəmləndirmək olar?
Gözəllik-dəb

Dəri quruluğunun yaranma SƏBƏBLƏRİ: Necə nəmləndirmək olar?

Dəri ilə bağlı ən çox rast gəlinən problemlərdən biri onun quruluğudur. Bu xüsusilə qış aylarında daha da artır. Çünki soyuq hava dərinin nəmliyini azaldır.

Bundan əlavə, dəridəki quruluq qaşınmaya, dərinin qalınlaşmasına, qıcıqlanmalar və müxtəlif infeksiyalara gətirib çıxara bilər. Dəri qalınlaşdıqda onun rəngi də dəyişir. Qaşınması isə ekzemaya səbəb olur. Cavan yaşlarda bunlar ciddiyə alınmasa, yaşlandıqda digər problemlər də yarada bilər.

Bəs, dəri quruluğunun qarşısını necə ala bilərik ?  

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, isti su dəri quruluğunu artıran ən vacib faktorlardan biridir. Çalışın üzünüzü ilıq su ilə yuyun. 

Yuma zamanı tərkibi yağlı olan şampunlardan istifadə edin. 

Hər duşdan sonra üzünüzü və bədəninizi yaxşıca nəmləndirin. 

Dərini təmizləmək üçün PH səviyyəsini özündə saxlayan məhsulları seçin. 

İsti havalarda günəşə qarşı qoruyucu kremdən istifadə etməyə üstünlük verin. Çalışın gün işığına çox məruz qalmayın. 

Soyuq havalarda isə əl quruluğunun qarşısını almaq üçün əlcəklərdən istifadə edin. 

Çalışın yun və sintetik tərkibli geyimlərdən uzaq durun. 

Ən əsası isə bol-bol su için./lent.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun