Xəbərlər
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb? –
Xəbərlər
340

Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb? – Siyahı və gəlir mənbələri

Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin Böyük Britaniyada əldə etdiyi daşınmaz əmlaklar və gəlir mənbələri ilə bağlı məlumatlar yayılıb.

E-saglam.az Bakupost.az-a istinadən xəbər verir ki, məlumatlar xaricdə yaşayan jurnalist Cavanşir Həsənli tərəfindən paylaşılıb. Jurnalistin istinad etdiyi mənbə İngiltərə Ali Məhkəməsinin sənədləridir (istinad nömrəsi: [2024] EWHC 501 (Admin), iş № AC-2023-LON-001768).

Londonda əldə edildiyi bildirilən daşınmaz əmlaklar

Məhkəmə sənədlərinə əsasən, deputatın Londonda müxtəlif illərdə aldığı bildirilən daşınmaz əmlaklar aşağıdakılardır:

* 2008 və 2013-cü illərdə ümumi dəyəri təxminən £4 milyon olan ailə evi

* 2013-cü ildə Cavendish House-da 2 mənzil (hər biri £318,500)

* 2016-cı ildə Goldhawk House-da 4 mənzil (ümumilikdə təxminən £1.9 milyon)

* 2016–2017-ci illərdə Golding House-da 8 mənzil (ümumilikdə £4 milyondan çox)

* 2018-ci ildə Argent House-da 4 mənzil (təxminən £2.1 milyon)

Ən yüksək dəyərli alqı-satqılar kimi isə qeyd olunur:

* 2020-ci ildə Whistler Square ünvanında £18.4 milyon dəyərində mənzil

* 2019-cu ildə eyni ünvanda £8.1 milyon dəyərində digər mənzil

Qeyd edilir ki, sonuncu iki mənzil birbaşa Cavanşir Feyziyevin öz adına rəsmiləşdirilib.

Gəlir mənbələri ilə bağlı təqdim edilən məlumatlar

Məhkəməyə təqdim olunan izahatda deputat gəlirlərinin müxtəlif biznes fəaliyyətlərindən formalaşdığını bildirib.

Onun təqdim etdiyi məlumatlara görə:

* 1987-ci ildə tərcümə şirkəti yaradıb

* 1990-cı illərdə Philip Morris ilə əməkdaşlıq edib

Əsas gəlir istiqamətləri kimi aşağıdakılar göstərilir:

Planet Co. (1998)

* Alman tütün şirkətinin eksklüziv distribyutoru olub

* 2000–2002-ci illərdə təxminən 12 milyon dollar dividend əldə edildiyi bildirilir

Distribyutorluq hüquqlarının satışı

* 2002–2016-cı illərdə müxtəlif komissiya gəlirləri

“Avromed” şirkəti

* 2006-cı ildə səhmdar olub

* 2010-cu ildə deputat seçildikdən sonra vəzifədən ayrılıb

* 2006–2016-cı illərdə təxminən 49 milyon dollar dividend əldə edildiyi qeyd olunur

Turizm sahəsi (Tour Invest)

* Təxminən 7.5 milyon dollar gəlir

Daşınmaz əmlak investisiyaları (Azərbaycan)

* 20 milyon dollardan çox kapital qazancı

* Əlavə olaraq 3 milyon dollar gəlir

Qeyd edək ki, yuxarıda təqdim olunan məlumatlar açıq mənbələrə, o cümlədən İngiltərə Ali Məhkəməsi sənədlərinə və jurnalist araşdırmasına istinadən verilir. Məsələ ilə bağlı deputatın rəsmi mövqeyi açıqlanmayıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun