Sağlamlıq
Demans riskini azaldır: Həftədə cəmi
Sağlamlıq

Demans riskini azaldır: Həftədə cəmi 35 dəqiqə kifayətdir!

E-saglam.az xəbər verir ki, nevrologiya mütəxəssisi Prof. Dr. Talip Asil bildirir ki, demans və xüsusilə Alzheimer xəstəliyi yaşlı insanların həyat keyfiyyətini ciddi şəkildə azaldır. Ancaq idman və sağlam həyat tərzi bu riski azaltmağa kömək edə bilər. Hətta gündə cəmi 5-10 dəqiqə fiziki aktivlik beyin sağlamlığını dəstəkləmək üçün kifayətdir.

Bununla yanaşı, sağlam qidalanma və müntəzəm həkim müayinəsi də vacibdir. Xüsusilə Aralıq dənizi pəhrizi, yəni meyvə, tərəvəz, balıq və sağlam yağlarla zəngin qidalanma beyin funksiyalarını qorumağa kömək edir. Diabet və yüksək təzyiq kimi xəstəliklər nəzarətdə saxlanmalı, oturaq həyat tərzindən uzaq durulmalıdır.

Kiçik addımlarla böyük fərq yaratmaq mümkündür! Gündəlik qısa gəzintilər və fiziki fəaliyyət vərdişi beynin uzunmüddətli sağlamlığı üçün vacib rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun