Davamlı aclıq hissinin anlaşılmaz səbəbi
Davamlı aclıq hissinin anlaşılmaz səbəbi

Davamlı aclıq hissinin anlaşılmaz səbəbi məlum olub.

E-saglam.az xəbər verir ki, bədəndə zülal çatışmazlığı səbəbindən daimi aclıq hissi yarana bilər. Diyetoloq Olqa Simonenko, “Veçernaya Moskva” ilə söhbətində həddindən artıq yeməyin səbəblərindən danışıb. 

Simonenko bildirib ki, zülalda amin turşuları, o cümlədən əvəzolunmazlar var ki, onlardan orqanizm bütün həyat proseslərində iştirak edən mikroelementləri sintez edir.

Diyetoloq xəbərdarlıq edib ki, zülal çatışmazlığı öz növbəsində sağlamlıq üçün ciddi fəsadlar yaradır.

Eyni zamanda, mütəxəssisin fikrincə qeyri-kafi zülal qəbulu ilə əzələ itkisi başlayır: "İnsan daim aclıq hiss edə bilər. Zülal qəbulu qeyri-kafi olduqda, bədən iştahı artırmaqla protein statusunu bərpa etməyə çalışır ki, bu da həddindən artıq yemək və kilo almağa kömək edə bilər". 

Sonda Simonenko əlavə edib ki, zülal çatışmazlığı səbəbindən sümük sıxlığı azalır, bu da qırılma riskini artırır, saçlar kövrək və matlaşır, tökülməyə başlayır, dəri nazikləşir və elastikliyini itirir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az