Xəbərlər
Daşaltı Dövlət Təbiət Yasaqlığında
Xəbərlər
211

Daşaltı Dövlət Təbiət Yasaqlığında qadağan edilən hallar məlum olub

Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamədə nəzərdə tutulan qadağalar açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, yasaqlığın ərazisində aşağıdakılar qadağan edilə və ya məhdudlaşdırıla bilər:

- geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

- su, bataqlıq ərazilərinin qurudulması və meliorativ işlərinin aparılması;

- bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

- ov və balıq ovu (balıqartırma və elmi-tədqiqat məqsədləri ilə balıq ovu istisna olmaqla), vəhşi fauna növlərinin təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması;

- ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

- kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, çadırların qurulması və tonqalların yandırılması;

- bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi;

- torpaqların şumlanması, yabanı bitkilərin yığılması, kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;

- kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;

- oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadəsi.

Qeyd edək ki, Azərbaycanın Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə təsdiq edilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun