Faydalı
Dar şalvar və sıx iç camaşırı geyinən kişilər niyə sonsuz ola bilər? - Ginekoloqdan XƏBƏRDARLIQ
Faydalı

Dar şalvar və sıx iç camaşırı geyinən kişilər niyə sonsuz ola bilər? - Ginekoloqdan XƏBƏRDARLIQ

Kişilərdə sonsuzluq daha çox varikosel və spermanın morfologiya və sayında azalma səbəbindən baş verir.

E-saglam.az xəbər verir ki, ginekoloq həkim Aynur İsmayılova gənc kişilərdə sonsuzluğun bir səbəbinin də dar, cins, sıx şalvarlar olduğunu bildirib. O, bu təsiri belə izah edib.

"Qadınlarda yumurtalıqlar daxildə yerləşdiyi üçün xarici temperatur dəyişikliyi təsir etmir. Kişilərdə isə əksinədir. Normal spermin yaranması üçün cinsi orqanlarda temperatur bədən temperaturundan aşağı olmalıdır. Dar, cins şalvar isə buna mane olur.

Dar, sıx, xüsusən cins şalvarlar, bel hissəni tam tutmayan şalvarlar kişi cinsi orqanı, xüsusən xayalar üçün "istixana" effekti yaradır, havalandırma, istlik sistemi pozulur. Nəticədə anormal spermlərin sayı çoxalır, normal spermatogenezin yaranmasının qarşısını alır, aşağı çanaq orqanlarında qan dövranı pozulur, varikosel yaranır. Bunlar da kişinin ata olmasına mane olur.

Xatırladaq ki, əvvəl kişilərimiz necə geyinirdi: parça şalvar, geniş, enli, boş, bel hissə yuxarıda. O cür geyinmək lazımdır.

Eləcə də körpə oğlan uşaqlarının pampersdə çox saxlanması da eyni "istixana" effekti verir, uşağın cinsi orqanları və xayalarda normal spermin yaranması prosesini pozur". / medicina.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun