
Alimlər müəyyən ediblər ki, Omeqa-3 vitamininin müntəzəm qəbulu bioloji qocalmanı yavaşlada bilər.

E-saglam.az xəbər verir ki, Harvard Universiteti və Sürih Universitetinin tədqiqatçılarının da daxil olduğu beynəlxalq elmi qrup, yaşa bağlı hüceyrə və orqan dəyişikliklərini öyrənmək məqsədilə 3 il müddətində 777 yaşlı isveçrəli üzərində klinik sınaqlar aparıb.
Tədqiqatın nəticələrinə əsasən, gündə 1 qram Omeqa-3 qəbul edən şəxslərdə bioloji qocalma, bu əlavəni qəbul etməyənlərlə müqayisədə təxminən 4 ay yavaşlayıb.
Alimlər əlavə ediblər ki, D vitamini qəbul edən və həftədə ən azı 3 dəfə, 30 dəqiqəlik fiziki fəaliyyətlə məşğul olan şəxslər bu təsirlərdən daha çox fayda götürüblər.
Mütəxəssislər vurğulayırlar ki, Omeqa-3 ilə zəngin qidalanma tərzi iltihabın azalması, oynaqların sağlamlığının yaxşılaşması, eləcə də ürək-damar xəstəlikləri, xərçəng və demans riskinin azalması ilə sıx əlaqələndirilir.
Zəhra Niftiyeva