Saç follikulunda ekzema, kəpək və qaşınma problemi yaşayırsınızsa, bu möcüzəvi vasitə ilə tanış olmağın vaxtıdır.
E-saglam.az xəbər verir ki, soğan suyu və ya soğan yağı saç problemlərinin qarşısını almaq və saçları sağaltmaq gücünə malikdir.
Soğan suyu tərkibindəki kükürdlə məşhurdur. Kükürd saç böyüməsini dəstəkləyir. Onun qırılmasının və incəlməsinin qarşısını alır. Baş dərisində qan dövranını artırır. Saç köklərini qidalandırır. Soğan suyu güclü və sağlam saçlar üçün təsirlidir. Tərkibində təbii antioksidanlar var. Saç problemlərinə səbəb olan ekzemanı aradan qaldırmağa kömək edir. Soğan suyu evdə asanlıqla hazırlana bilər.
Soğan yağı, kokos yağı və zeytun yağı kimi maddələrlə istifadə olunur. Digər yağlarla birlikdə istifadə edildikdə saçları qidalandırır və nəmləndirir. Soğan suyu kəskin qoxuya malikdir. Amma soğan yağının yüngül qoxusu var. Saçların parlaqlığına kömək edir. Saç köklərini gücləndirərək saç tökülməsi probleminin qarşısını alır.
Tərcümə etdi: Könül Oruc