
Marketlərdə “sağlam atışdırmalıq” adı ilə satılan bəzi məhsullar əslində orqanizmə ciddi ziyan vura bilər.

E-saglam.az xəbər verir ki, xüsusilə idmançılar və pəhriz saxlayanlar tərəfindən tez-tez seçilən bu enerji barları yüksək şəkər, süni qatqılar və konservantlarla doludur. Başlanğıcda enerji versə də, zamanla çəki artımı, insulin dirənci və həzm problemlərinə səbəb olur.
Bu məhsulların əksəriyyəti kiçik ölçülərinə baxmayaraq 200-300 kalori ehtiva edir və lif miqdarları aşağı olduğu üçün uzunmüddətli toxluq hissi yaratmır. Tərkibində palma yağı, trans yağlar, BHA və BHT kimi qoruyucular, süni dadlandırıcılar yer alır ki, bunlar bağırsaq florasını pozur, hormonal tarazlığı və immun sistemini zəiflədir.
Enerji barlarının dadlı və pratik olması onları cazibədar etsə də, bu, emosional aclığı artırır və sağlam olmayan qidalanma vərdişlərinə yol aça bilər.
Bəs nə etməli? Ən yaxşı yol – bu barları evdə, təbii məhsullarla özünüz hazırlamaqdır. Beləliklə həm zərərli qatqılardan uzaq durmuş, həm də orqanizminizə uyğun, balanslı alternativ əldə etmiş olarsınız.
Tərcümə: Könül Oruc