Yandex watch
Daban tikanını (mahmız) müalicə etmək üçün

Daban tıxacları ayağın altındakı toxumaların həddindən artıq gərginləşməsi nəticəsində yaranır və güclü ağrıya səbəb olur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu problemi həll etmək üçün ev şəraitində hazırlanan sadə bir qarışıq sizə kömək edə bilər.

Lazım olan materiallar

  • 1 x.q. xına
  • 1 x.q. Himalay duzu
  • 1 x.q. zeytun yağı
  • 1 x.q. kokos yağı
  • 2-3 üzüm yarpağı

Hazırlanması və tətbiqi

  1. Bütün inqrediyentləri qarışdırıb maye halına gətirin.
  2. Təmizlənmiş və qurudulmuş ayağa qarışığı çəkin.
  3. Üzərinə üzüm yarpağı qoyub bir çanta ilə sarıyın, sonra corab geyinin.
  4. 1 saat gözlədikdən sonra ayağınıza masaj edin və ilıq su ilə yuyun.

Müalicə tezliyi

Həftədə 4 dəfə tətbiq edin. Eyni zamanda, ayaq vannası prosedurunu da yerinə yetirin: 3 dəqiqə soyuq suda, ardından 1 dəqiqə ilıq suda ayaqlarınızı saxlayın.

Digər problemlər üçün istifadə

Xına qarışığı dırnaq göbələyi, ayaq qaşınması, pis qoxu və sərtləşmiş dərilər üçün də effektivdir. Göbələk olan nahiyəyə tətbiq edin, 1 saat gözləyin və yuyun.

Bu sadə və təbii üsul ayaq problemlərinizi həll etməyə kömək edəcək!

Könül Oruc

E-saglam.az