Yandex watch
Çuğundurun gözlənilməz

Bioloq İrina Lyalina deyir ki, çuğundur vitaminlər, minerallar və antioksidantlar anbarıdır, lakin bu məhsul həmişə faydalı olmaya bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edib ki, çuğunduru normada yemək əksər insanlar üçün təhlükəsizdir, lakin həddindən artıq yemək mədə və bağırsaqlarda diskomfort yarada bilər. Onun sözlərinə görə, şəkərli diabet xəstələri, şəkərli diabetə meylli və ya böyrək daşları olan insanlar üçün bu məhsula qapılmaq xüsusilə təhlükəlidir.

"Həddindən artıq istehlak həm daşların əmələ gəlməsinə, həm də varsa, onların vəziyyətinin pisləşməsinə kömək edə bilər", - deyə Lyalina xəbərdar etdi.

Bioloq onu da əlavə edib ki, saman qızdırması diaqnozu qoyulmuş insanlara tərəvəz tövsiyə edilmir və aktiv çiçəkləmə dövründə onu pəhrizindən tamamilə çıxarmalıdırlar. O, çuğundura qarşı allergiyanın qaşınma, dərinin qızartı, şişlik və hətta anafilaktik şok şəklində özünü büruzə verdiyini söylədi. Əgər hər hansı bir xəstəliyiniz varsa, çuğunduru pəhrizinizə daxil etməzdən əvvəl həkimə müraciət etmək daha yaxşıdır", - Lyalina məsləhət gördü.

Tərcümə: Könül Oruc

E-saglam.az