Qidalanma
Çoxlu yeməkdən sonra sərt pəhriz saxlamaq təhlükəlidir -
Qidalanma
8

Çoxlu yeməkdən sonra sərt pəhriz saxlamaq təhlükəlidir - Bədən necə şoka düşür?

Piroqov Universitetinin Rusiya Gerontologiya Tədqiqat və Klinik Mərkəzinin həkimi Yana Fomina xəbərdarlıq edir ki, bol və ağır yeməklərdən sonra birdən-birə sərt pəhrizə və ya oruca başlamaq orqanizm üçün faydalı deyil, əksinə təhlükəlidir.

E-saglam.az-ın məlumatına görə, belə kəskin dəyişiklik bədəni şoka salır və sağlamlıq problemlərinə yol aça bilər.

Mütəxəssis bildirir ki, qəfil yeməyi kəsmək bir-iki gün ərzində güclü yorğunluğa, kəskin aclıq hissinə və daha çox yemək istəyinə səbəb olur. Bu, “yo-yo effekti” adlanan vəziyyəti yaradır. İnsan əvvəlkindən də artıq yeməyə meyllənir. Eyni zamanda stress artır, əhval-ruhiyyə pisləşir, çünki beyin öyrəşdiyi dopamin mənbəyindən, yəni şirin və yağlı qidalardan məhrum olur. Həzm sistemi də bu kəskin dəyişiklikdən mənfi təsirlənir.

Yana Fomina sərt məhdudiyyətlər əvəzinə bədənin üç-beş gün ərzində “yumşaq keçid”lə normala qaytarılmasını tövsiyə edir. Bu müddətdə alkoqol, qazlı şirin içkilər, fast food, çips və kolbasa kimi məhsullardan uzaq durmaq, daha təmiz və təbii qidalara üstünlük vermək lazımdır. Eyni zamanda yeməklərin sayını qoruyub saxlamaq, amma porsiyaları bir qədər azaltmaq daha sağlam yanaşmadır.

Həkim bu prinsipi yalnız qidalanmaya deyil, zehni fəaliyyətə də aid edir. Onun sözlərinə görə, tətil zamanı zehnini “istirahətə buraxan” beyin də birdən-birə yüksək yüklənməyə hazır olmur. Təxminən 10 gün aktiv məşğul olmayan beyin konsentrasiya və dözümlülük baxımından zəifləyir və daha sadə rejimə keçir.

Bu səbəbdən həm qidalanmada, həm də gündəlik fəaliyyətə qayıdışda sarsıntı deyil, tədrici və yumşaq keçid ən doğru yoldur. Orqanizmi cəzalandırmaq yox, ona uyğunlaşmaq üçün zaman vermək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun