Kardioloq Xose Abellan insanları həddindən artıq miqdarda yumurta yeməməyə çağırıb.
E-saglam.az xəbər verir ki, o, bu məhsulun təhlükələrindən danışıb.
Abelian qeyd etdiyi kimi, bir tərəfdən yumurta sağlamdır, çünki tərkibində çoxlu miqdarda protein və müxtəlif mikroelementlər var. Lakin digər tərəfdən bu məhsul qanda xolesterinin səviyyəsini artırır.
Həkim xolesterolun infarkt da daxil olmaqla bir çox xəstəliklərin inkişaf riskini artırdığı barədə xəbərdarlıq edib.
"Bununla belə, ultra işlənmiş qidalar yemək, oturaqlıq və həddindən artıq stress kimi digər ürək-damar riskləri də nəzərə alınmalıdır. Əgər onlar varsa, o zaman pəhrizdəki yumurtalar mütləq məhdudlaşdırılmalıdır", - deyə mütəxəssis yekunlaşdırdı.
Tərcümə: Könül Oruc