Qidalanma
Çox yeyənlərin orqanizmini erkən çökdürür:
Qidalanma

Çox yeyənlərin orqanizmini erkən çökdürür: Bu 6 qidaya diqqət

Həddindən artıq istehlak edilən bəzi qidalar orqanizmin vaxtından əvvəl qocalmasına səbəb ola bilər.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, gündə altı fincandan çox qəhvə içmək beyin həcmini kiçildərək demans riskini artıra bilər.

Tam yağlı süd məhsulları idrak azalması və bəzi xroniki xəstəliklərə səbəb ola bilər.

Hər gün çox miqdarda acı qidalar qəbul etmək də beyin funksiyalarına mənfi təsir göstərə bilər.

Yüksək duz istehlakı qan təzyiqini artıraraq ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Çox miqdarda karbohidrat bədəndə iltihablanmaya səbəb olaraq orqanizmi sürətlə qocaldır.

Süni dadlandırıcılar isə demans və ürək xəstəlikləri ilə əlaqələndirilir.

Sağlam yaşlanma üçün bu qidaların həddindən artıq istifadəsindən çəkinmək və balanslı qidalanma vərdişi yaratmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun