Yandex watch
Çox yesəniz belə, kökəltmir!

Şirniyyatlardan imtina edə bilməyən, amma kökəlmək istəməyənlər üçün sevindirici xəbər var. Bir ovuc yesəniz belə, çəkidə artım yaratmayan və şokolad ehtiyacını unudan sağlam qəlyanaltılar mövcuddur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, şirin dadlar bir çox insan üçün cazibədar olsa da, tərkibindəki yüksək şəkər sağlamlıq üçün risk yarada bilər. Lakin doğru seçimlər etməklə həm şirin ehtiyacınızı ödəmək, həm də orqanizmi faydalı maddələrlə təmin etmək mümkündür. Təbii və işlənməmiş məhsullarla şirniyyat ehtiyacınızı qarşılamaq artıq mümkündür.

Təbii meyvələr: Həm dadlı, həm qidalı

Şirin istəklərini sağlam şəkildə qarşılamaq istəyənlər üçün qurudulmuş meyvələr ideal seçimdir. Quru əncir, ərik, xurma və gavalı tərkibində təbii şəkər, lif və faydalı vitaminlər daşıyır. Bu meyvələr həm toxluq hissi yaradır, həm də həzm sistemini dəstəkləyir. Ancaq miqdarına nəzarət edilməlidir, çünki həddindən artıq qəbul mədə və bağırsaq problemlərinə səbəb ola bilər.

Qoz-fındıq: Təbii enerji və toxluq mənbəyi

Fındıq növləri – badam, qoz, fındıq və anakardiya – sağlam yağlar və zülallarla zəngindir. Onlar həm enerjini artırır, həm də uzun müddət toxluq hissi verir. Lakin burada da porsiya ölçüsünə diqqət edilməlidir. Bəzi növlərin tərkibindəki komponentlər – xüsusilə yüksək miqdarda qəbul edildikdə – həzm pozuntuları və hətta sümük sağlamlığı ilə bağlı problemlər yarada bilər. Gündəlik miqdardan artıq istifadə edilməməlidir.

Təbii alternativlər: Şirniyyat krizlərini yaddan çıxarın

Şokolad, tort və digər işlənmiş şirniyyatlar əvəzinə daha sağlam qəlyanaltılar seçərək şirin ehtiyacınızı zərərsiz şəkildə qarşılayın. Ev şəraitində hazırlanan xurma topları, fındıq yağı ilə yulaf çubuqları, yaxud qatıqla qarışdırılmış meyvələr həm dadlı, həm də faydalıdır. Əlavə olaraq, tərkibində az şəkər olan tünd şokolad da yaxşı alternativdir.

Əsas məsələ doğru məhsulu seçmək və porsiyaya nəzarət etməkdir. Hətta ən faydalı qidalar belə həddindən artıq istehlak edildikdə orqanizmə mənfi təsir göstərə bilər. Tarazlığı qorumaqla həm şirin istəklərinizi qarşılayar, həm də sağlam həyat tərzini davam etdirə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az