Qidalanma
Çörəyi niyə çox yeyirik:
Qidalanma

Çörəyi niyə çox yeyirik: Ucuzluq, yoxsa kasıblıq?

2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla 116,3 kiloqram təzə çörək istehlak edib.

Dövlət Statistika Komitəsi bildirib ki, bu, 2022-ci illə müqayisədə 4,8 % azdır.

Ötən il ölkədə ümumilikdə 1 milyon 184,406 min ton təzə çörək istehlak edilib ki, bu da, illik müqayisədə 4,3 % azdır. Mal-qara və quş yemi üçün təzə çörək istifadəsi 4,2 % azalaraq 5,185 min tona enib, il ərzində isə 7,145 min ton (4,6 % az) təzə çörək itkiyə gedib.

Hesabat dövrünə Azərbaycanda 1 milyon 207,152 min ton təzə çörək ehtiyatı olub ki, bunun da 99,1 % və ya 1 milyon 207,152 min tonu istehsalın, 309 tonu idxalın, 0,9 %-i və ya 11,038 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, əslində, ölkədə çörək az yeyilmir:

"Gündəlik qida rasionuna nəzər salsaq, bir adam üçün 300 qramdan artıq çörək istehlak edilir. Bu, az deyil. İnkişaf etmiş ölkələrdə çörək bundan 3, hətta 4 dəfə az istehlak edilir. Demək olar ki, Azərbaycanda çörək ucuzdur və kalorisi çoxdur deyə daha çox istehlak edilir. Çörək çox yeyilən ölkələrdə əhalinin dolanışıq səviyyəsinin aşağı olduğu da təsbit olunub. Bu nöqteyi-nəzərdən, ümumi əhalinin sayını nəzərə alaraq deyə bilərik ki, adambaşına 400 qram çörək istehlak edilir".

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun