Çörəkdən və digər qidalardan kifləri kəsib,
Çörəkdən və digər qidalardan kifləri kəsib,

Bir çox evdar qadın bu cür məhsulları atmaq istəmir, sadəcə olaraq kif tərəfindən zədələnmiş sahələri kəsir, məsələn, çörək qabığını kəsir və istifadə etməyə davam edir. Bunu etmək düzgündürmü?

E-saglam.az xarici mediaya əsasən xəbər verir ki, toksikoloq, tibb elmləri doktoru Mixail Kutuşov bildirib ki, məhsul kiflidirsə, onu yemək olmaz. Bu bir aksioma kimi qəbul edilir. 

Kif təbiətin heyrətamiz yaradılışlarındandır. Bunlar inanılmaz dərəcədə davamlı olan mikroskopik göbələklərdir. Kifli qida yemək arzuolunmazdır. Zəhərli xüsusiyyətlərə malik olmaya bilər, ancaq zaman-zaman yeyirsinizsə, allergik reaksiyalar və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Kif, sporları səpələdiyi üçün demək olar ki, hər yerə nüfuz edir, həmin hissə kəsib atılsa da xeyri yoxdur. 

Ona görə də tərkibində kif olan məhsullar artıq istifadə oluna bilməz. Ən təhlükəli qara kif yox, ağ kif olsa belə. Bu görünməyə bilər, lakin məhsul artıq kifdən tamamilə təsirlənəcək, çünki sporları o qədər kiçikdir ki, çılpaq gözlə görmək mümkün deyil.

Beləliklə, çörək və digər məhsullar kiflənmiş yerləri kəsdikdən sonra istifadə edilə bilməz. 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az