Qidalanma
Çörək, yoxsa şəkər daha zərərlidir? -
Qidalanma

Çörək, yoxsa şəkər daha zərərlidir? - Professor açıqladı

Prof. Dr. Osman Müftüoğlu çörək və şəkərin sağlamlığa təsirlərini izah edərək hər ikisinin də zərərli olduğunu vurğulayıb.

E-saglam.az xəbər verir ki, o, bu qidaların qan şəkərini artırma potensialı ilə bağlı maraqlı açıqlamalar verib və onların istehlakını minimuma endirməyi tövsiyə edib.

Çörək və şəkərin glisemik indeksi

Osman Müftüoğlunun sözlərinə görə, ağ çörək və şəkər tozu qan şəkərini oxşar sürətlə artırır. Glisemik indeks baxımından hər ikisi bədənə bənzər təsir göstərir. Bu səbəbdən hər iki məhsulun çox istehlakı sağlamlıq üçün zərərli ola bilər.

Hər ikisini azaldın

"Hansı daha zərərlidir?" sualını cavablandırmaq əvəzinə Müftüoğlu hər iki qidanın istehlakını azaltmağın vacibliyini qeyd edib. Sağlam qidalanma vərdişləri yaratmaq və nizamlı idman etmək bu qidaların mənfi təsirlərini azaltmaqda mühüm rol oynayır.

Nizamlı hərəkətin əhəmiyyəti

Sadə, lakin təsirli bir vərdiş olaraq gündəlik gəzmək qan şəkərini tənzimləməyə və metabolizmanı sağlam saxlamağa kömək edir. Müftüoğlu sağlam həyat üçün idmanın önəmini bir daha vurğulayıb.

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun