Qidalanma
Çörək əvəzinə nə yeyək ki, tox tutsun? -
Qidalanma

Çörək əvəzinə nə yeyək ki, tox tutsun? - Canan Karatay açıqladı

Çoxları çörək yeməsə doymur. Bu şəxslər nəyi azaltsa da, çörəkdən imtina edə bilmirlər. Onlar bunu ac qalmaq hissi ilə əlaqələndirirlər. Lakin, bəzi qidalar var ki, onlar yeyilsə, çörəyə ehtiyac qalmır.

E-saglam.az milli.az-a istinadən xəbər verir ki, professor Canan Karatay çörəksiz, amma tox tutan səhər yeməyi ilə bağlı açıqlama verib.

Çörək yerinə qış tərəvəzlərinin daha faydalı olduğunu bildirən Karatay çörəksiz səhər yeməyinin tox tutacağını vurğulayıb.

Çörək yeməkdən imtina edə bilməyənlər üçün təkliflər verən Karatay çörəyin içindəki karbohidratların iştahı artıraraq qısa zamanda yenidən aclıq hissi yaratdığını qeyd edib. "Çörək yemədən doymuram" deyənlərə alternativ olaraq təbii səhər yeməyi təklifləri təqdim edən Karatay kənd yumurtası, mayalı pendir, zeytun, çiy yerkökü və turp kimi qidaların çörək yerinə seçilə biləcəyini bildirib. Həmçinin şəkərsiz qəhvə və ya çay ilə bu səhər yeməyinin tamamlanacağını bildirib.

Canan Karatay, çörəyin içindəki amilopektin A karbohidratı səbəbindən qan şəkərinin yüksəldiyini və insulin ifraz edərək ac qalma hissi yaratdığını vurğulayıb. Çörək istehlakının morfin bağımlılığına bənzər təsir yaradaraq orqanizmə zərər verdiyini söyləyib.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun