Tədbirlər
“COP 29 -Yaşıl dünya, İqlim dəyişiklikləri və Qadınlar” adlı
Tədbirlər

“COP 29 -Yaşıl dünya, İqlim dəyişiklikləri və Qadınlar” adlı tədbir keçirilib

E-saglam.az xəbər verir ki, 7 noyabr 2024- cü il tarixində “Sağlam Ailə” Tibb Mərkəzində keçirilən tədbirin əsas məqsədi iqlim dəyişikliklərinin qadınların həyatına müxtəlif formada təsiri, sağlamlıq, xüsusilə də reproduktiv sağlamlıq, sağlam qida təhlükəsizliyi, ekoloji mühitin müdafiəsi və digər məsələlərlə bağlı maarifləndirmənin aparılması olub.

Tədbirdə “Sağlam Ailə” Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, “Magen David Azərbaycan”nın səlahiyyətli nümayəndəsi, Magen David Women direktoru, QİM İdarə Heyətinin rəhbəri, Həkimlərin Biznes Klubunun təsisçisi Aygün Əhmədova, QİM İdarə Heyətinin üzvü və Həkimlərin Biznes Klubunun icraçı direktoru Firəngiz  Quliyeva çıxış iştirak edərək iqlim dəyişikliklərinin xüsusilə qadınların həyatına müxtəlif formada təsiri  və ətraf mühitin mühafizəsinin vacibliyi haqqında danışıblar. 

Sonra Milli Onkologiya Mərkəzinin Həkim Onkoloqu Nurlana Aliyeva “İqlim dəyişikliyi və xərçəngin yaranmasına səbəb olan faktorlar”, “GENOM” Klinikasının Baş Həkimi, Genetik Şirxan Musayev “İqlim dəyişikliklərinin və ekoloji faktorların qadınların Sağlamlığına təsiri: Molekulyar genetika perspektivindən” və “Avropa Uşaq Endokrinologiya cəmiyyətinin (ESPE) həqiqi üzvü, Sağlam Ailə Tibb Mərkəzinin uşaq endokrinoloqu Uzman Dr. Azad Ələkbərzadə “Ekoloji çirklənmənin uşaq sağlamlığına təsiri” mövzularında peşəkar maarifləndirici təqdimatlarla çıxış ediblər.

Təşkilat rəhbərləri, həkimlər, sahibkar qadınlar və digər qonaqların da iştirakı ətraflı müzakirə aparılmış, suallar cavablandırılmışdır. 

Sonda 45 nəfər iştirakçıya sertifikat, Sağlam Ailə Tibb mərkəzi və Bella şirkətindən hədiyyələr təqdim olunmuşdur.

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun