Yandex watch
Çirkli yataq dəstləri təhlükə saçır:

Biotexnologiya üzrə mütəxəssis Mariya Zolotareva xəbərdarlıq edir ki, yataq dəstlərini vaxtında dəyişdirməmək dəri və ümumi sağlamlıq üçün ciddi risklər yaradır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yataq paltarlarında tər, ölü dəri hüceyrələri, sebum və toz yığıldıqca mikroorqanizmlər üçün əlverişli mühit yaranır.

Zolotareva çirkli dəstlərin qaşınma, qızartı, iltihab, allergiya və infeksiyalara yol aça biləcəyini, xüsusilə həssas dərisi olanlarda riskin daha yüksək olduğunu bildirir. Toz gənələri və bakteriyalar yuxu keyfiyyətinə də mənfi təsir göstərir.

Mütəxəssis həftədə ən az bir dəfə, isti havalarda və ya çox tərləyən insanlarda isə hər 3-5 gündə bir dəstlərin dəyişdirilməsini tövsiyə edir. Xəstəlik zamanı gündəlik dəyişmə vacib sayılır.

Parçanın yumşaqlığını itirməsi dəstlərin yenilənməsi üçün siqnaldır. O, pambıq və kətan kimi təbii materiallara üstünlük verilməsini məsləhət görür, çünki bu, həm rahatlığı artırır, həm də yataq dəstlərinin ömrünü uzadır.

Tərcümə: Könül Oruc

E-saglam.az