Sağlamlıq
Çirkli qab süngərində gizli təhlükə:
Sağlamlıq

Çirkli qab süngərində gizli təhlükə: Pnevmoniya və meningitə səbəb ola bilər

Mütəxəssis, baş müəllimi Mariya Zolotareva bildirib ki, çirkli qabyuyan süngərdə zərərli orqanizmlər çoxalmağa başlaya bilər.

E-saglam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ekspert bu gizli təhlükə barədə xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, istifadə olunmuş süngərdə qida qalıqları qalır, selik və piylər yığılır ki, bu da bakteriyalarla qidalanır. “Koliform bakteriya adlanan enterobakteriyalar ola bilər. Salmonella, klebsiella, göbələk ola bilər”, - deyə o qeyd edib.

Zolotarevanın sözlərinə görə, insanlar üçün ən təhlükəlisi Klebsiella cinsinin bakteriyalarıdır ki, onlar orqanizmə daxil olarsa, pnevmoniya və ya meningitə səbəb ola bilər.

Onun sözlərinə görə, ilk istifadədən sonra üç gün ərzində süngər dəyişdirilməli və ya yaxşıca yuyulmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun