Qidalanma
Cinsi performansı azaldan 5 qida –
Qidalanma

Cinsi performansı azaldan 5 qida – EHTİYATLI OLUN

Qidalanma bədənin ümumi funksiyaları ilə yanaşı, cinsi sağlamlığa da təsir edir. Bəzi qidalar hormon səviyyələrini, qan dövranını və enerji balansını mənfi təsir edərək cinsi performansın azalmasına səbəb ola bilər.

E-saglam.az Yenisabah.az-a istinadən cinsi aktivliyə mənfi təsir göstərən 5 qidanı təqdim edir:

Şəkərli məhsullar

 Şəkər yüksək miqdarda istehlak edildikdə testosteron səviyyəsini azalda bilər. Bu, cinsi həvəsin və performansın zəifləməsinə səbəb olur.

Qanda şəkərin yüksəlməsi damarların zədələnməsinə və qan dövranının zəifləməsinə gətirib çıxarır ki, bu da ereksiya problemləri yarada bilər.

Alkoqol

Alkoqol qısa müddətə relaksasiya yaratsa da, uzunmüddətli istifadə hormon balansını pozur və testosteron səviyyəsini aşağı salır. Həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalmasına və performansın zəifləməsinə səbəb ola bilər.

Qızardılmış və trans yağlı yeməklər

 Bu qidalar damar tıxanıqlığına səbəb olan xolesterin səviyyəsini artırır, qan dövranını zəiflədir və cinsi funksiyaları zədələyir.

Qızardılmış qidaların tərkibindəki trans yağlar hormonal disbalansa gətirib çıxarır və sperma keyfiyyətini aşağı salır.

Duzlu qidalar

 Yüksək miqdarda duzlu qidalar qan təzyiqini artırır, damarların elastikliyini azaldır və qan dövranını pozur. Bu isə cinsi performansın aşağı düşməsinə səbəb olur.

Xüsusilə kişilərdə ereksiya problemlərinin yaranma riski artır.

Soya məhsulları

Soya tərkibindəki fitoestrogenlər səbəbindən kişilərdə testosteron səviyyəsini azalda bilər. Uzun müddət yüksək miqdarda istehlak cinsi həvəsin zəifləməsinə gətirib çıxarır.

Hormonal balans pozulduğundan həm kişilərdə, həm də qadınlarda cinsi enerji azalır.

Qeyd edək ki, cinsi performansı qorumaq üçün sağlam və balanslı qidalanma vacibdir. Təzə meyvə-tərəvəz, omega-3 yağ turşuları və sinklə zəngin məhsullar cinsi sağlamlığı dəstəkləyir. Eyni zamanda, şəkərli, yağlı, duzlu və emal olunmuş qidalardan uzaq durmaq cinsi funksiyaların qorunmasına və həyat keyfiyyətinin artmasına kömək edir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun