
Çinlilərin ən sevimli içkisinin qaynar su olduğunu deyə bilərik. Yay-qış termosda isti su daşıyan çinlilər sağlamlıq məsələsində çox həssasdırlar. Qışın soyuq günlərində, hətta yay istisində belə həmişə isti su içirlər.

Bir çox çinli yemək gəlməmiş bir stəkan isti suyu bitirir.
Təbii ki, bunun bir səbəbi var...
E-saglam.az isti suyun faydalarını təqdim edir:
Çinlilərin fikrincə, yeməkdən əvvəl qaynar su içmək həzmi asanlaşdırır. Elmi sübut olmasa da, yeməkdən əvvəl qaynar su içməyin bunun üçün faydalı olduğuna inanılır.
Qaynar su içməklə bəlğəm əriyir və bədəndən daha asan çıxarılır. Bu, boğazı sakitləşdirir və burun tıxanıqlığını aradan qaldırır.
İsti suyun qarın əzələlərinə sakitləşdirici təsiri var. Müxtəlif sancılar və spazmları, xüsusən də mensturasiya ağrılarını azaldır.
İsti su saç köklərindəki sinir uclarına enerji verir, nəticədə saçlar yumşaq və parlaq olur. // Bakupost.az
Emlakbazari.az emlak elanları saytı