Cənnət xurmasının əsl vaxtdır: Onu belə yemək
Cənnət xurmasının əsl vaxtdır: Onu belə yemək

Cənnət xurmasının orqanizm üçün saysız-hesabsız faydaları var və belə istehlak edildikdə faydaları ikiqat artır. Zəngin qida tərkibi ilə orqanizmə bir çox faydalar verir.

E-saglam.az xəbər verir ki, xurma çiy və ya qurudulmuş halda istehlak edilə bilər. Xurmanın yetişmə prosesi meyvənin quruluşuna və dadına çox təsir edir. Yetişməmiş xurma ümumiyyətlə sərt və büzücü olur, tam yetişmiş meyvələr isə şirin və yumşaq olur.

A vitamini ilə zəngin olan xurma C, B vitamini və zülal baxımından da çox güclüdür. Bu xüsusiyyəti ilə təbii dərman kimi fəaliyyət göstərir.

Mövsümdə istehlak edilən xurma xüsusilə bədəndəki iltihabı asanlıqla aradan qaldırmağa kömək edə bilər.

Qanda və bədəndə yığılan iltihab yorğunluq və halsızlığa səbəb olur. Bu vəziyyətdə adətən antibiotiklərdən istifadə olunur. Xurma həm də təbii antibiotik rolunu oynayır. Xurma yeyərək bədəninizdəki iltihabı tamamilə təmizləyə bilərsiniz.

Xurmanın qatıqla birlikdə istifadəsi onun faydalarını artırır. Çünki qatıq güclü probiyotik mənbəyidir.

Həzm sisteminin daha sürətli işləməsində böyük rol oynayan xurma immunitet sistemini gücləndirir, orqanizmdə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, orqanizmdə su balansını tənzimləyir və ürək-damar xəstəliklərinə faydalıdır.

O, həmçinin maddələr mübadiləsini sürətləndirir və insanların daha qısa müddətdə daha sağlam şəkildə arıqlamasına kömək edir.

Qatıq mühüm protein mənbəyidir. Gün ərzində qatıqla xurma istehlak edin. Toxluq hissi verdiyi, maddələr mübadiləsini sürətləndirdiyi və gün ərzində sizə lazım olan qida dəyərlərini təmin etdiyi üçün ciddi pəhriz saxlayanlar üçün xilaskar olacaq.

Qeyd: Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.

Tərcümə: Könül Oruc 

E-saglam.az