Maqnezium çatışmazlığı iştahsızlıq, ürəkbulanma, qusma, saç tökülməsi, qəbizlik, yorğunluq və halsızlıq kimi problemlərə səbəb olur. Mütəxəssislər maqnezium çatışmazlığına qarşı xəbərdarlıq edir.
E-saglam.az xəbər verir ki, Türkiyənin tanınmış həkimi Osman Müftüoğlu maqneziumla zəngin qidaları sıralayıb.
Maqneziumla zəngin 10 qidanı təqdim edirik:
İspanaq: 1 stəkan ispanağın tərkibində 157 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 40 faizidir.
Pazı: 1 stəkan pazının tərkibində 154 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 38 faizidir.
Avokado: 1 orta ölçülü avokadonun tərkibində 58 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 15 faizidir.
Əncir: 1 orta ölçülü əncirin tərkibində 50 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 13 faizidir.
Qara lobya: 1/2 fincan qara lobyanın tərkibində 60 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 15 faizidir.
Tünd şokolad: 1 kvadrat tünd şokoladın tərkibində 95 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 24 faizidir.
Banan: 1 orta ölçülü bananın tərkibində 32 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 8 faizidir.
Qatıq və ya kefir: 1 stəkan qatığın tərkibində 50 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 13 faizidir.
Badam: 30 qram badamın tərkibində 8 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 20 faizidir.
Balqabaq toxumu: 1/8 fincan balqabaq toxumunun tərkibində 92 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 23 faizidir.(Musavat.com)