Xəbərlər
Cəlilabadda ayağında şiş yaranan 31 yaşlı kişi xəstəxanada ölüb
Xəbərlər
1314

Cəlilabadda ayağında şiş yaranan 31 yaşlı kişi xəstəxanada ölüb

Cəlilabad xəstəxanasında ölüm faktı qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Vahid Nuriyev bu gün səhər xəstəxanaya müraciət edib. Bir müddətdən sonra o, xəstəxanada dünyasını dəyişib.

Qonşusunun dediyinə görə V.Nuriyev bir neçə dəfə xəstəxanaya müraciət edib. Bu gün də xəstəxanaya ayaqlarının şişməsi ilə bağlı müraciət edən Vahid Nuriyevə sistem köçürülüb.

Onun yanında olan yaxınlarının sözlərinə görə sistem köçürüldükdən sonra xəstə şoka düşüb. Yaxınları əlavə edirlər ki, mərhum bir neçə dəfə həkimə müraciət edib, lakin hər dəfə ona gözləməyi məsləhət görüblər, beləcə vəziyyəti daha da ağırlaşıb.

Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açıqlamasına görə isə mərhum bu gün xəstəxanaya müraciət edib və ona ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasiya tədbirlərə baxmayaraq, xəstə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun