Sağlam və arıq bədənə sahib olmaq günümüzdə bir çox insanın hədəfləri arasında yer alır. Ancaq bir çox insan arıqlamaq üçün pəhriz saxlayıb, idman etməsinə rəğmən arıqlaya bilmir.
E-saglam.az xəbər verir ki, endokrinoloq Mədinə Dilbazi deyir ki, çəki ata bilməməyin bir sıra səbəbləri var. Həmin səbəbləri təqdim edirik:
- Az və ya çox yatmaq
- Öyün atlamaq
- Müntəzəm olaraq spirtli içki qəbul etmək
- Sürətli yemək
- Mütəmadi olaraq çöldə yemək
- Televizor seyr edərkən yemək
- Su içməmək
- Hərəkətsiz qalmaq
- Qazlı içkilərin istehlakı
- Şəkər və ya şəkərli qəhvə içmək
- Sadə karbohidratların istehlakı
- Stress.
Könül Oruc