Qidalanma
Çayla içildikdə şəfa verir -
Qidalanma
307

Çayla içildikdə şəfa verir - xüsusilə diabetlə mübarizə aparır

Çayla birlikdə istehlak edilən alma, böyürtkən, portağal kimi meyvələr orqanizmi müxtəlif xəstəliklərdən qoruyur. Flavonoidlərlə zəngin olan bu meyvələr diabetdən tutmuş ürək xəstəliklərinə qədər geniş qoruma təmin edir.

E-saglam.az xəbər verir ki, gündəlik həyatımızın ayrılmaz parçası olan çay yalnız xoş içki deyil, sağlamlıq üçün də böyük fayda gətirir. Yeni araşdırmalar göstərir ki, çayla birlikdə flavonoidlə zəngin meyvələrin qəbulu immuniteti gücləndirir, ürək sağlamlığını dəstəkləyir və diabet riskini azaldır. Xüsusilə alma, portağal, böyürtkən və üzüm kimi meyvələrlə içilən çay, sağlamlıq üçün güclü bir iksirə çevrilir.

Flavonoid zəngin meyvələr və sağlam çay

Çayla birlikdə qəbul edilən alma, portağal, böyürtkən kimi flavonoidlə zəngin meyvələr yalnız toxunulmazlığı gücləndirmir, həm də ürək-damar xəstəlikləri, 2-ci tip diabet və tənəffüs xəstəliklərinin qarşısını alır. Alimlər bildirir ki, təkcə çay deyil, onunla birlikdə yeyilən meyvələr də sağlamlıq üçün çox önəmlidir.

Gündə iki stəkan flavonoid zəngin çay içmək ümumi ölüm riskini 16%-ə qədər azalda bilər. Əsas məqam isə flavonoidlərin müxtəlifliyidir.

Rəngli qidalanma – güclü müdafiə

Vyana Universitetindən Prof. Dr. Tilman Kuhn deyir ki, rəngli meyvə və tərəvəzlərin müntəzəm istehlakı flavonoid müxtəlifliyini artırır və bədənin müdafiəsini gücləndirir. “Rəngli qidalanma sağlamlığın açarıdır,” – deyə o vurğulayır.

Mütəxəssislər yalnız portağal və ya alma yemək əvəzinə, böyürtkən, üzüm, alma və sitrus meyvələri kimi müxtəlif mənbələrdən flavonoid qəbulunun xəstəliklərə qarşı daha geniş qoruma yaratdığını bildirirlər.

Çay vaxtınızı sağlamlıq ritualına çevirin

Sadə qidalanma vərdişlərindəki dəyişikliklər həyat keyfiyyətini artırır. Çay içməyi gündəlik rituala çevirərkən, alma dilimləri, bir neçə böyürtkən və ya portağal dilimi əlavə etməklə həm dadını, həm də faydasını artıra bilərsiniz.

Mütəxəssislər flavonoid qəbulunu artırmaq üçün gündə ən azı iki müxtəlif meyvə və tərəvəzin pəhrizə daxil edilməsini uzunömürlülük və xəstəliklərdən qorunma baxımından tövsiyə edir.

Sağlamlığınızı indi qoruyun

Ürək xəstəlikləri, diabet və immunitet problemlərinə qarşı erkən tədbir görmək istəyənlər üçün flavonoid zəngin pəhriz ideal başlanğıcdır. Bir neçə dəqiqə sərf edərək çay vaxtınızı sağlam vərdişə çevirə, enerjinizi artıra və xəstəliklərə qarşı güclü qalxan yarada bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun