Türkiyənin məşhur kardioloqu və daxili xəstəliklər üzrə mütəxəssisi Prof. Dr. Canan Karatay sağlam həyatın sirlərini bölüşməyə davam edir.
E-saglam.az-ın məlumatına görə, sağlam və uzun ömür üçün təbii qidalanmaya böyük əhəmiyyət verən Karatay yaddaşı gücləndirən qidalarla zənginləşdirilmiş səhər yeməyi resepti verib. Yaddaşı stimullaşdırmaq və gün ərzində formada qalmaq istəyənlər üçün ideal olan bu səhər yeməyi sadə və qidalı maddələrdən ibarətdir.
Ərzaqlar
1 stəkan su
Kristal qaya duzu, qırmızı bibər, qara bibər, kimyon
2 xörək qaşığı kərə yağı
4 yumurta
1 xörək qaşığı tomat pastası
4 yaşıl bibər
Yarım dəstə şüyüd
1 dəstə yaşıl soğan
500 qram qiymə ət
1 dəstə cəfəri
Hazırlanma qaydası
Kərə yağını yapışmayan tavaya qoyun.
Ərinmiş yağın üzərinə qiymə qoyulur və qovrulur.
Sonra ona ədviyyatlar əlavə edilir.
Sonra xırda doğranmış şüyüd, cəfəri, yaşıl soğan və su əlavə edin.
Sonda yumurta əlavə edilir və tava örtülüb bişirilir.
Nuş olsun!
Tərcümə etdi: Könül Oruc