Canan Karatayın ürək və diabet xəstələrinə tək TƏKLİFİ
Canan Karatayın ürək və diabet xəstələrinə tək TƏKLİFİ

Prof. Dr. Canan Karatay zeytun yağının faydalarından danışdıqca danışır. Zeytun yağının sağlamlıq faydalar digər qidalardan daha çoxdur. Xüsusilə ürək və şəkərli diabet xəstələri üçün təbii dərmandır, amma normada olması şərti ilə...

E-saglam.az xəbər verir ki, Canan Karatayın ürək və diabet xəstələrinə tək təklifi budur ki, kim bunu içsə özünü turp kimi hiss edəcək. 

Zeytun yağının təbii ağrı kəsici olduğunu bilirdinizmi? Prof. Dr. Canan Karatay ümumiyyətlə hər fürsətdə zeytun yağı istehlak etməyi tövsiyə edir.

Canan Karatay zeytun yağının sağlamlığa faydalarından danışarkən, "Digər yağlardan daha çox faydalı olan zeytun yağını hər səhər ac qarına bir qaşıq dolusu içmək möcüzəvi nəticələr verir" - deyir. Karatayın sözlərinə görə, zeytun yağı yeməklərə əlavə edilməklə yanaşı, həm də içilməlidir. Təbii ki, burada miqdar önəmlidir.

Ürək xəstələri üçün çox faydalıdır

Doymuş yağlar yerinə ürək sağlamlığını dəstəkləyən zeytun yağı yüksək miqdarda təkli doymamış yağ ehtiva edir. Beləliklə, xolesterin səviyyəsinə nəzarət edərək ürək xəstəliyi riskini azalda bilər. O, həmçinin damar tıkanıklığının qarşısını ala bilər.

İltihabın qarşısını alır

Tərkibindəki bəzi təbii birləşmələr, xüsusilə olein turşusu və fenolik birləşmə iltihabın qarşısını alır. İmmunitet sistemini gücləndirir. Xroniki iltihablı xəstəliklər riskini azalda və iltihab problemlərini aradan qaldıra bilər. Bu, bədəninizdə meydana gələn iltihabı azaltmağa kömək edəcəkdir.

Həzmi tənzimləyir

Zeytun yağının yüngül quruluşu və təbii yağ turşuları həzm sisteminə kömək edir. Zeytun yağının bağırsaqları yumşaldıcı təsirə malik olduğu da deyilir. Buna görə də qəbizlik riskini azalda bilər. Ancaq hər kəsin həzm sistemi fərqli şəkildə işləyə bilər, diqqət etmək lazımdır. 

Sümük sağlamlığını dəstəkləyir

Zeytun yağında sümük sağlamlığını dəstəkləyən kalsium və D vitamini kimi vacib qidalar var. Bu, osteoporoz kimi sümük xəstəliklərinin qarşısını almağa kömək edə bilər. Oleokantal adlı birləşmə iltihabı aradan qaldırır və romatoid artrit kimi xəstəliklərin sümüklərə zərər verməsinin qarşısını ala bilər.

Xərçəng riskini azaldır

Zeytun yağının istehlakı hormonal balansın saxlanmasını təmin edir. Xüsusilə, döş və prostat xərçəngi kimi hormonla əlaqəli xərçəng növlərinin inkişafını azaltmağa kömək edə bilər. Antioksidant xüsusiyyətləri sayəsində xərçəng hüceyrələrinin böyüməsinin qarşısını ala bilir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az