Yandex watch
Canan Karatay qaya duzunun

Sağlam həyatla bağlı verdiyi açıqlamalarla tez-tez gündəmə gələn Prof. Dr. Canan Karatay bu dəfə təbii qaya duzunun faydalarına diqqət çəkib. Onun sözlərinə görə, tərkibində zəngin minerallar olan bu duz növü, emal olunmuş süfrə duzundan tamamilə fərqlənir və düzgün şəkildə istifadə edildikdə insan sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Prof. Dr. Karatay qaya duzundan maksimum fayda əldə etmək üçün bu dörd tətbiq üsulunu tövsiyə edir:

Qaya duzunun 4 qızıl istifadəsi

Qida istifadəsində: Emal olunmuş duz əvəzinə, yeməklərdə və içkilərdə az miqdarda, təbii qaya duzundan istifadə etmək orqanizmin ehtiyac duyduğu mineralların alınmasını təmin edir.

Boğaz və ağız sağlamlığı üçün qarqara: Qaya duzu ilə hazırlanan duzlu su qarqarası boğaz ağrısını azaldır, diş ətlərini gücləndirir və ağız boşluğunda antiseptik təsir göstərir.

Ayaq vannası: İlıq su ilə qarışdırılan qaya duzu yorğunluğu aradan qaldırır, ödemi azaldır və qan dövranını yaxşılaşdırır.

Tənəffüs yolları üçün duz otağı: Qaya duzunun istifadə olunduğu duz otaqları nəfəs yollarını təmizləyərək immuniteti gücləndirir. Bu üsul bəzi ölkələrdə alternativ terapiya kimi geniş tətbiq olunur.

Qaya duzunun sağlamlığa möcüzəvi təsirləri

Canan Karatay qeyd edir ki, qaya duzu təkcə yeməklərə ləzzət qatmaqla kifayətlənmir, həm də müxtəlif sağlamlıq problemlərinin qarşısını almağa kömək edir:

Beyin funksiyalarını dəstəkləyir: Konsentrasiya çətinliyi və unutqanlıq kimi problemlərin qarşısını almağa kömək edir, beyin funksiyalarını stimullaşdırır.

Əzələləri qoruyur: Əzələ daralmalarının qarşısını alır. Xüsusilə idmançılar və aktiv həyat tərzi sürənlər üçün faydalıdır.

İmmuniteti gücləndirir: Toksinlərin bədəndən xaric olunmasına kömək edir, orqanizmin müqavimətini artırır və xəstəliklərə qarşı qoruyucu rol oynayır.

Həzm sisteminə faydalıdır: Mədə turşusunu tarazlaşdırır, həzmi asanlaşdırır və mədə pozğunluqlarının qarşısını almağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az