Sağlamlıq
Canan Karatay ömrü uzadan məsləhət verdi:
Sağlamlıq

Canan Karatay ömrü uzadan məsləhət verdi: Əti bişirəndə 100 qram əlavə edin...

Daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay qırmızı ət bişirərkən quyruq yağının əlavə edilməsini təklif edib. Karatay bu sadə, lakin təsirli ipucu ilə bir çox sağlamlıq probleminin qarşısının alına biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Canan Karatay ürək-damar xəstəliklərinə faydalı olduğu bilinən quyruq yağının ömrü uzadan bir qida olduğunu açıqlayıb.

Onun faydaları hətta dünyanın ən qədim yemək kitabında qeyd olunur! Tərkibindəki antioksidantlar xərçəng hüceyrələrini məhv edir və bədəndən toksinləri çıxarır.

Zəngin omeqa yağ turşuları ilə ümumi sağlamlığa çoxsaylı faydalar təmin edən quyruq yağı, xolesterini tarazlaşdırır və immunitet sistemini gücləndirir.

Ət ilə quyruq yağı qovurması necə edilir?

Ərzaqlar:

1 kq qoyunun bud əti (kub)
100 q quyruq yağı
½ stəkan qaynar su
Duz
Qara bibər
Oregano.

Öncə quyruq yağını çox incə doğrayıb qazana qoyub yağı çıxana qədər qovurun. Yaxşıca yuyulmuş və süzülmüş kubik ətinizi əlavə edin və aşağı istilikdə qovurmağa davam edin. Ət öz şirəsini buraxdıqda və yenidən kiçilməyə başlayanda qaynar su əlavə edin. Üzərini örtün və təxminən 45 dəqiqə bişirin.

Bişirmə zamanı qazanın qapağını açmadan əti vaxtaşırı silkələyin ki, tərsinə çevrilsin. Ət yumşaqlaşdıqda, duz və digər ədviyyatlar əlavə edin və yavaş qarışdırın. Sonra ocağı söndürüb yeməyi süfrəyə verə bilərsiniz.

Qeyd edək ki, quyruq yağının həddindən artıq istehlakı damar tıkanıklığı kimi bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə mədə problemi olan insanlar quyruq yağını istehlak edərkən diqqətli olmalıdırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun