Sağlamlıq
Canan Karatay limonlu su ilə bağlı
Sağlamlıq
245

Canan Karatay limonlu su ilə bağlı həqiqəti açıqlayıb

Türkiyədə ən çox istifadə edilən təbii məhsullardan biri olan limon, təkcə yeməklərə dad qatmaqla qalmır, həm də sağlamlığa faydaları ilə diqqət çəkir.

E-saglam.az xəbər verir ki, salatlardan desertlərə, içkilərdən əsas yeməklərə qədər bir çox sahədə istifadə edilən limon, xüsusilə limonlu su formasında arıqlamaq istəyənlər tərəfindən üstünlük verilir.

Limonlu su təkcə yağ yandırmaqla deyil, eyni zamanda sidikqovucu təsiri ilə bədəndəki ödemin atılmasına kömək edir. Səhərlər acqarına içildikdə bağırsaqların hərəkətini artırır, həzmi rahatlaşdırır və maddələr mübadiləsini sürətləndirir.

Tanınmış həkim Prof. Dr. Canan Karatay, limonlu suyun daha az bilinən faydalarına diqqət çəkib və mütəmadi olaraq istifadə edilməsini tövsiyə edib.

Canan Karatayın vurğuladığı əsas təsirlər:

  • Limonlu su qaraciyərin "sevimli içkilərindən" biridir və onun təmizlənməsinə kömək edir.

  • Toksinlərin bədəndən atılmasını asanlaşdırır, immuniteti gücləndirir.

  • Həzm sistemini dəstəkləyir, metabolizmanı tarazlayır.

  • Tərkibindəki pektin lifi sayəsində iştahı tənzimləməyə kömək edir.

Prof. Karatay əlavə edib ki, limonlu su gündəlik həyatda sadə, amma təsirli bir sağlamlıq vərdişinə çevrilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun