E-saglam.az bildirir ki, o, yağ və zülalın birlikdə istehlak edilməsinin orqanizm üçün daha faydalı olduğunu bildirib:
"İllərlə bizi yağdan qorxutdular. Halbuki, yağsız beyin işləməz. Ona görə də bizi yağsız qoydular. Amma söhbət təbii yağdan gedir".
Şəkərin zərərli təsirlərinə toxunan Karatay, çörəyin də bədəndə şəkərə çevrildiyini və bunun sağlamlığa ciddi ziyan vurduğunu qeyd edib.
"Təəssüf ki, uşaqlarımızın və gənclərimizin böyük əksəriyyəti xəstədir. 20 yaşlıların qalxanabənzər vəzi xərçənginə tutulması ciddi problemdir."
Karatay, Yaponiyada və Cənubi Koreyada tətbiq edilən qidalanma modelinə diqqət çəkib:
"Yaponiyada uşaqlar məktəblərdə öz yeməklərini hazırlayır və qablarını özləri yuyurlar. Gündə iki dəfə qidalanır, axşam mütləq dəniz məhsulları yeyirlər. Uşaqlarımız kənd yumurtası yeməlidir. Bu model bizdə də tətbiq olunmalıdır."
Tərcümə: Könül Oruc