Sağlamlıq
C vitamini qan təzyiqini aşağı salmağa kömək edir
Sağlamlıq

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

E-saglam.az “Knowridge” saytına istinadla xəbər verir ki, son tədqiqatlar C vitaminin həm sağlam, həm də hipertansiyonlu insanlarda qan təzyiqini aşağı salmağa kömək etdiyini aşkarlayıb. Bunu çoxsaylı araşdırmaların nəticələrini birləşdirən meta-analiz müəyyən edib. Tədqiqat, həmçinin sübut edir ki, C vitamini qan damarlarının genişlənməsinin qarşısını almağa kömək edə bilər. Bu, sağlam qan təzyiqi səviyyələrini saxlamaq üçün xüsusilə faydalıdır.

“American Journal of Clinical Nutrition” nəşrində dərc edilən araşdırmada bu vitaminin qan təzyiqinə təsirinin damarların boşalmasında və genişlənməsində mühüm rol oynayan azot oksid molekulu ilə bağlı olduğu qeyd edilir. Bundan əlavə, C vitamininin antioksidan xüsusiyyəti olduğundan o, bədənin molekullarını, həmçinin qan damarlarını əhatə edən hüceyrələri zədələnmədən qoruyur.

Nəticə olaraq, gündəlik yeməklərə C vitamini ilə daha zəngin qidalar əlavə etməklə insanlar aşağı qan təzyiqi də daxil olmaqla bir sıra sağlamlıq faydalarından yararlana bilərlər. 

© Azərtac

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun