Gözəllik-dəb
Bütün qadınlar istifadə edir, amma
Gözəllik-dəb
17

Bütün qadınlar istifadə edir, amma sağlamlıqlarını məhv edir

Gündəlik həyatda geniş istifadə olunan bəzi kosmetik məhsullar sağlamlığa mənfi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, qadınların tez-tez istifadə etdiyi dodaq boyası bəzi hallarda orqanizm üçün risk yaradan maddələr ehtiva edə bilər.

Kaliforniya Universitetinin Berkli (UC Berkeley) tədqiqatçıları tərəfindən aparılan araşdırmada bazarda satılan 32 müxtəlif dodaq boyası və dodaq parıldadıcısı nümunəsi analiz edilib. Nəticələr “Environmental Health Perspectives” jurnalında dərc olunub. Araşdırma zamanı məhsulların tərkibində qurğuşun, kadmium, xrom və alüminium da daxil olmaqla bir neçə ağır metalın izlərinə rast gəlinib.

Mütəxəssislərin sözlərinə görə, bəzi ağır metallar uzun müddət orqanizmdə toplanaraq sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, kadmium böyrəklərə və sümük sisteminə təsir göstərə bilər, xrom isə yüksək miqdarda qəbul edildikdə sağlamlıq üçün risk yarada bilər.

Araşdırmada həmçinin kosmetik məhsullarda istifadə olunan bəzi kimyəvi maddələrin hormonal balansı təsirləndirə biləcəyi qeyd olunur. Parabenlər və ftalatlar kimi maddələrin estrogen hormonuna bənzər təsir göstərə biləcəyi və hormonal tarazlığa təsir edə biləcəyi bildirilir.

Bundan əlavə, bəzi istifadəçilərdə dodaq boyası dodaqların quruması, çatlaması və qaralması kimi reaksiyalara səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, sintetik boyalar və bəzi kimyəvi maddələr dodaqların təbii nəm balansını poza bilər.

Ekspertlər kosmetik məhsullardan istifadə edərkən onların tərkibinə diqqət yetirməyi, keyfiyyətli və etibarlı məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun