10 aylıq Mirzağanın sizin yardımınıza ehtiyacı var.
E-saglam.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Yeganə Hüseynova məlumat verib.
O bildirib ki, övladı noyabr ayının 13-də yanıb.
“Mirzağa 8 aylıq olarkən dəm çaynikinin partlaması nəticəsində bədəninin böyük hissəsi yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir aydan çox orada müalicə aldıq. Hazırda övladımın müalicəsini evdə davam etdirməliyik. Amma bunun üçün imkanımız yoxdur. Mirzağanın müalicəsi üçün 1 500 manata ehtiyacımız var. İnanın, ağrılarına görə nə normal yuxu yata bilmir, nə normal yemək yeyə bilmir. Demək olar ki, bütün günü ağlayır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 330-99-79.
Kapital Bank: 4169 7388 2087 6575