Yandex watch
Burun estetikliyi modası

Son illərdə rinoplastika əməliyyatlarına maraq artsa da, mütəxəssislər bu müdaxilələrin sağlamlıq əsaslı edilməsinin vacibliyini vurğulayırlar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Dr. Ramazan Akın bildirir ki, burun estetikası yalnız görünüş məqsədilə deyil, funksional sağlamlıq baxımından da dəyərləndirilməlidir. Xüsusilə gənc yaşda rinoplastika etdirənlərin sayı artıb və bu, uzunmüddətli risklər doğura bilər.

Akın, rinoplastika qərarının estetik dəbə deyil, tibbi zərurətə əsaslanmalı olduğunu qeyd edir. Əməliyyata qərar verməzdən əvvəl doğru həkim seçimi və peşəkar məsləhət vacibdir. Həkim və xəstə arasında güvən və açıq ünsiyyət uğurlu nəticənin əsas şərtidir.

Rinoplastika sonrası bərpa prosesi diqqətlə izlənməli, xəstə müəyyən qaydalara əməl etməlidir. Bura eynək taxmamaq, ağır fiziki fəaliyyətlərdən uzaq durmaq və mütəmadi müayinələr daxildir. Akın əlavə edir ki, estetik əməliyyatlar heç bir sağlamlıq problemi olmayan şəxslər üçün risk daşıya bilər. Buna görə də, hər kəs bu qərarı verməzdən əvvəl ciddi düşünməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az