Sağlamlıq
Bunu içən, xəstəliyin nə olduğunu bilmir -
Sağlamlıq

Bunu içən, xəstəliyin nə olduğunu bilmir - Min bir dərdin dərmanıdır

Payız-qış aylarında süfrələrin vazkeçilməz hissəsinə çevrilən yemişan şərbəti evdə asanlıqla hazırlana bilən və sağlamlığa bir çox faydası olan bir içkidir.

E-saglam.az xəbər verir ki, soyuq günlərdə ləzzətli və qidalı bir alternativ təqdim edən bu şərbət xüsusilə ürək sağlamlığını dəstəkləyən xüsusiyyətləri ilə seçilir.

Ürək sağlamlığını dəstəkləyir

Yemişan meyvəsi flavonoidlər və antioksidantlarla zəngindir. Bu birləşmələr qan dövranını tənzimləməyə və ürək funksiyalarını gücləndirməyə kömək edir. Daimi istehlak yüksək qan təzyiqi və ateroskleroz kimi ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Güclü antioksidantların mənbəyi

Yemişan şərbətində bədəni zərərli sərbəst radikallardan qoruyan güclü antioksidantlar var. Bu sayədə hüceyrə yenilənməsini dəstəkləyərək dəri sağlamlığını qoruyur, immunitet sistemini gücləndirir və qocalma əlamətlərini gecikdirir.

Həzm sistemi üçün faydalı

Yemişan siropunun tərkibində həzm sistemini dəstəkləyən təbii maddələr var. Mədə narahatlığını aradan qaldırır, bağırsaq hərəkətlərini tənzimləyir və həzmi asanlaşdırır. Xüsusilə yeməkdən sonra istehlak edildikdə şişkinlik və həzmsizlik kimi problemləri aradan qaldırır.

İmmuniteti gücləndirir

Tərkibindəki yüksək C vitamini və antioksidant tərkibi ilə yemişan siropu immunitet sistemini gücləndirir. Bədəni soyuqdəymə və qrip kimi xəstəliklərdən qoruyaraq infeksiyalarla mübarizə aparmağa kömək edir.

Yemişan siropu sağlamlaşdırıcı xüsusiyyətləri ilə qış aylarında bədəni gücləndirən təbii içki alternativi təqdim edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun