Yandex watch
"Bunlar insan bədəni üçün zəhərdir!" –

Ürək və daxili xəstəliklər üzrə mütəxəssis prof. dr. Canan Karatay bir çox insanın zövqlə istehlak etdiyi bəzi qidaların sağlamlıq üçün zərərli olduğunu bildirib. O, bu qidaların qan şəkərini yüksəltdiyini və infarkt riskini artırdığını vurğulayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Canan Karatayın sözlərinə görə, çörək, düyü, kartof, makaron, paxlava, xəmir məmulatları, şəkərli içkilər və qazlı içkilər insan bədəni üçün ciddi təhlükə yaradır. Bu qidalar qan şəkərini yüksəldərək mədəaltı vəzinin daha çox insulin ifraz etməsinə səbəb olur ki, bu da uzun müddətdə sağlamlıq üçün fəsadlar yarada bilər.

Sağlam yağların əhəmiyyəti:

Karatay, zeytun yağı, avokado yağı, fındıq yağı və badam yağını sağlam yağlar kimi tövsiyə edib. O, bu yağların bədəndə piy yığılmasına səbəb olmadığını, əksinə, arıqlamağa və uzunmüddətli enerji təmin etdiyini bildirib.

"Diabet genetik deyil!"

Mütəxəssis qeyd edib ki, diabet heç vaxt genetik deyil. Bu xəstəlik, həddindən artıq şəkər istehlakı və pis qidalanma vərdişlərinin nəticəsidir. "Biz valideynlərimizdən gördüklərimizi təkrarlayırıq," – deyə o, vurğulayıb.

Qan şəkərinin yüksəlməsinin fəsadları:

Orqan zədələnməsi:

Ürək-damar xəstəlikləri: yüksək qan şəkəri damarların tıxanmasına və infarkta səbəb ola bilər.
Böyrək zədəsi: diabetik nefropatiya böyrəklərin filtrasiya qabiliyyətini azaldır və böyrək çatışmazlığına səbəb olur.
Göz problemləri: diabetik retinopatiya görmə itkisinə və korluğa səbəb ola bilər.
Sinir zədələnməsi: əllərdə və ayaqlarda hiss itkisi və ağrılar yarana bilər.

İmmunitet sisteminin zəifləməsi:

Yüksək qan şəkəri infeksiyalara qarşı müqaviməti azaldır və dəri, sidik yolları, göbələk infeksiyaları kimi xəstəliklərə yol aça bilər.

Yaraların gecikmiş sağalması:

Yüksək qan şəkəri toxuma təmirini ləngidir və yaraların gec sağalmasına səbəb olur. Bu, xüsusilə ayaq xorasına səbəb ola bilər və vaxtında müdaxilə edilmədikdə amputasiya ilə nəticələnə bilər.

Canan Karatayın tövsiyəsi: zərərli qidalardan uzaq duraraq təbii və sağlam yağlara üstünlük vermək orqanizmin sağlam qalmasına və həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az